Milli Hidrometeorologiya Xidməti hava proqnozunu açıqlayıb. Sumqayıt24 bu haqda 18 iyun tarixində xəbər verir.
Məlumata görə, iyunun 19-da Sumqayıtda havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.
Temperatur gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz isə 45-55% təşkil edəcək.