Havanın sabah da yağıntılı olacağı gözlənilir. Sumqayıt24 bu haqda 12 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Sumqayıtda iyunun 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüzədək şimal-qərb, sonradan isə şimal-şərq küləyi əsəcək.
Temperatur gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.