Sumqayıtda "Əngəlsiz incəsənət" adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda 30 may tarixində xəbər verir.
Tədbir Gənclər və İdman Nazirliyinin 30 illik yubileyi ərəfəsində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB tərəfindən təşkil olunub. Burada sağlamlıq imkanları məhdud gənclərin əl işləri sərgilənib. Həmçinin onlar damada yarışıblar.
Sonda iştirakçılara Regional İdarənin fəxri fərmanları təqdim olunub.