Sumqayıtda iməcilik aparılıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
Növbəti belə aksiya “Mənzil – Kommunal Təsərrüfatı” İB-nin əməkdaşları tərəfindən 2 nömrəli Xəstəxananın həyətyanı sahəsində təşkil olunub. Ərazidə xeyli sayda canlı qüvvə çalışıb.
Həmçinin şəhərdə təmir işləri aparılıb. Təmir Tikinti İdarəsi 9 və 11-ci mikrorayonlar, 41A, 42 və birləşmiş məhəllədə binaların girişlərində yenidənqurma işləri aparıb.