Sumqayıt şəhəri üzrə ümumi təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri olan təhsil işçiləri ilə görüş keçirilib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Ramazan bayramı münasibətilə keçirilən görüşdə Vətən müharibəsində qazanılan Zəfərdən danışılıb. Sumqayıt üzrə təhsil sektorunun müdiri İman Ağayev qonaqlara şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açıb.
Sonda görüş iştirakçılarına bayram sovqatları təqdim olunub.