Sumqayıtda şəhid övladları üçün Novruz şənliyi təşkil edilib. Bu haqda 27 mart tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Sosial Xidmətlər Agentliyinin sifarişi ilə keçirilən tədbirin məqsədi şəhid övladlarının asudə vaxtının səmərəli təşkili olub.
Novruz adət-ənənələrinin nümayiş olunduğu şənlikdə təqdim olunan şeir, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.