Sumqayıt Tibb Mərkəzində (STM) arterial hipertenziya mövzusunda seminar keçirilib. Bu haqda 4 mart tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə STM-də çalışan kardioloq, endokrinoloq və terapevtlər iştirak ediblər. Burada şəkərli diabetin müalicəsində beynəlxalq tövsiyələrin yeri və praktikada icrası göstərilib. Həmçinin müasir müalicə metodlarından istifadə edərək, xəstələrə düzgün nəzarəti necə təmin etməyi izah edilib.
Qarşılıqlı fikir mübadiləsi ilə davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.