Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan müəssisələrdə iməcilik aksiyası keçirilib. Bu haqda 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
İməcilik zamanı müəssisələrin həyətyanı sahələrində təmizlik aparılaraq istirahət yerlərində oturacaqlar yuyulub. Ağacların üzərinə toplanan toz və torpaq təmizlənilib, onların dibləri yumşaldılıb, qurumuş budaqları budanıb. Yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib.