Sumqayıt bulvarında söhbətgahlar qırılıb. Sumqayıt24 bu haqda 25 aprel tarixində xəbər verir.
Şikayətçinin sözlərinə görə, istirahət guşəsinin girişində çoxlu oturacaqlar var idi. Dəniz sahilinə düşən sakinlər burada oturaraq dincəlirdilər. Lakin bu il söhbətgahların əksər hissəsi yararsız vəziyyətə düşüb və ərazidən götürülüb.
İnsanlar “Sumqayıt Bulvar” MMC-nin problemi çözəcəyinə ümid edirlər.