Saray qəsəbəsində intihar olub. Sumqayıt24 bu haqda 18 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə Tofiq Allahverdiyev küçəsində qeydə alınıb. 30 yaşlı Kamran Hacızadə yaşadığı evin arxasında üzərinə naməlum alışan maddə tökərək özünü yandırıb. O, aldığı xəsarətlərdən ölüb.
İntiharın səbəbləri hələlik bilinmir. Araşdırma aparılır.