Saray qəsəbəsində köməkçi tikilidə yanğın baş verib. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 28 kv.m. olan tikilinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.