Avtobuslarda kondisioner problemi yenidən gündəmə gəlib. Sumqayıt24 bu haqda 11 iyun tarixində xəbər verir.
Hər yay olduğu kimi, Sumqayıtın marşrut avtobuslarında kondisionerlər qoşulmur. Sürücülər çox vaxt avadanlıqların nasaz olduğunu bildirsələr də, aidiyyəti qurumlar bunu təkzib edir və onların kondisionerləri qəsdən qoşmadıqlarını iddia edir. Nəticədə qızmar yaydan əziyyət çəkən tərəf sərnişinlər olur.
Şikayətçilərin sözlərinə görə, sözügedən problem 2, 7, 9, 30 və digər xətlərin avtobuslarında mövcuddur.