Sumqayıt Dövlət Universitetində (SDU) “Əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyində rolu” mövzusunda təlimlər baş tutacaq. Bu haqda 23 aprel tarixində Sumqayıt24 xəbər verir.
Seminarlar 24-26 aprel tarixlərində keçiriləcək. Təlim əmanətlərin sığortalanması sisteminin baza biliklərini başa düşməyə kömək edəcək, əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyinə verdiyi töhfələr, əmanətçilərin hüquqları, bankların ləğv prosesi kimi mövzuları əhatə edəcək.