Sumqayıt Dövlət Universitetində (SDU) infosessiya keçirilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində xəbər verir.
Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) daxil olan Gənc Xarici Dil Müəllimləri Birliyi barədə olub. Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva görüşün əhəmiyyətindən, universitetdə xarici dillərin tədrisinə verilən böyük önəmdən, Dil və Tərcümə Mərkəzinin fəaliyyətindən, həmçinin ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələrin təşkilindən danışıb.
Sonra Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri, SDU-nun məzunu Günay Əkbərova birlik, onun fəaliyyət istiqamətləri, strateji məqsədləri və üzvlük haqqında məlumat verib. Bildirilib ki, infosessiyanın əsas məqsədi müəllimləri Gənc Xarici Dil Müəllimləri Birliyi barədə məlumatlandırmaq, onları birliyə üzv olmaqla aktiv fəaliyyətə cəlb etməkdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.