Sumqayıt Dövlət Universitetində (SDU) kitab satış yarmarkası baş tutub. Bu haqda 4 aprel tarixində Sumqayıt24 xəbər verir.
“Qanun” nəşriyyatının təşkilatçılığı ilə keçirilən yarmarka ali təhsil müəssisəsinin əsas tədris binasında təşkil olunub.
SDU-nun müəllim, tələbə və əməkdaşları satış yarmarkasında nəşriyyatın müxtəlif dillərdə nəşr olunmuş kitablarını 20 faiz endirimlə əldə ediblər.
“Təkərli kitab dükanı” layihəsinin yaradılmasında məqsəd kitabı daha da əlçatan etmək, kitaba maraq oyatmaqdır.