Sumqayıt Dövlət Universitetində (SDU) "Biznes modeli və gəlir modelinin yaradılması" mövzusunda təlim keçiriləcək. Bu haqda 28 mart tarixində Sumqayıt24 xəbər verir.
“Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” proqramı çərçivəsində təşkil olunan seminar martın 29-da baş tutacaq.
Təlimçi qismində “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin həmtəsisçisi və təlim koordinatoru Emin Okutan çıxış edəcək.