Sumqayıt Dövlət Universitetində (SDU) ağacəkmə aksiyası keçirilib. Bu haqda 12 mart tarixində Sumqayıt24 xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiya Dil və Tərcümə Mərkəzinin təşəbbüsü, "Ekoklub"un dəstəyi ilə reallaşıb. Ali təhsil müəssisəsinin rəhbərliyi, əməkdaşlar və tələbələr SDU-nun ərazisində meyvə ağacları əkiblər.