Sumqayıt Dövlət Universiteti (SDU) əməkdaşının yeni dərs vəsaiti işıq üzü görüb. Bu haqda 6 mart tarixində Sumqayıt24 xəbər verir.
Dosent Osman Hacıyevin “Fəlsəfə” adlı kitabı çapdan çıxıb. Dərs vəsaitinə fəlsəfənin predmeti, problemləri və funksiyaları, varlıq və materiya anlayışları, şüur problemi, dialektika təlimi, insan problemi, təbiət və cəmiyyət, sosial həyatın sferaları, ictimai şüur və onun formaları mövzuları daxil edilib.