Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə gediblər. Bu haqda 8 mart tarixində Sumqayıt24 xəbər verir.
Ekskursiya SDU TGT-nin təşkilatçılığı və SDU THİK-nın dəstəyi ilə keçirilib. Tələbələr ölkəmizdə arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir çox heyvan skeletləri və digər dəyərli eksponatlarla tanış olublar.
Həmçinin onlara muzeyin fəaliyyət istiqamətləri və tarixindən danışılıb.