Sumqayıt Dövlət Universitetində (SDU) “Əmanətlərin Sığortalanması Sisteminin maliyyə sabitliyində rolu” mövzusunda təlimlər yekunlaşıb. Bu haqda 27 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Təlimlər Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Şəlalə Məmmədova, assistent Səmirə Seyidovanın moderatorluğu ilə keçirilib. Seminarlarda əmanətlərin əhəmiyyəti, əmanət yerləşdirilməsi zamanı nələrə diqqət edilməli və risklərin qiymətləndirilməsi haqda ətraflı məlumat verilib.
Layihə Əmanətlərin Sığortalanması Fondu tərəfindən reallaşıb.