Azərbaycan və Risk Peşəkarları Assosiasiyası (ARPA) Sumqayıt Dövlət Universiteti (SDU) ilə birgə görüş keçirib. Bu haqda 3 aprel tarixində Sumqayıt24 xəbər verir.
Görüş “İllik mühasiblər” forumunun keçirilməsi üçün təşkil olunub. Burada ARPA-nın idarə heyətinin sədri Günay Şahbazova, SDU-nun rektoru Rüfət Əzizov və hər iki qurumun nümayəndələri iştirak ediblər.
Yığıncaq zamanı forumun önəmindən bəhs edilib və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.