Neft şirkəti Sumqayıt Dövlət Universitetinə (SDU) kitablar hədiyyə edib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 xəbər verir.
Kitablar BP şirkəti tərəfindən təqdim edilib. İngilis dilindən tərcümə olunan 5 adda 250 nüsxə ədəbiyyat ali təhsil müəssisəsinin Elmi kitabxanasına hədiyyə olunub.
Bu ədəbiyyatlar professor-müəllim heyəti və tələbələr üçün yüksək keyfiyyətli tədris vəsaitidir. Kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsidir.