Sumqayıtda ağır qəza olub. Sumqayıt24 bu haqda 26 aprel tarixində xəbər verir.
Hadisə 25 aprel axşam saatlarında “Sevgi” körpüsünün yanında baş verib. Şahidlər bildirirlər ki, Səməd Vurğun küçəsindən bulvara düşən “Chevrolet” markalı avtomobil restoranların birindən çıxan “Kia” ilə toqquşub.
Nəticədə hər iki avtomobil ağaclara çarpılıb və yararsız hala düşüb.
Foto Sumqayıt24