Bakı–Sumqayıt yolunda qəza olub. Sumqayıt24 bu haqda 9 aprel tarixində xəbər verir.
Yol-nəqliyyat hadisəsi gecə qeydə alınıb. Məlumata görə, hərəkətdə olan skuter avtomobilə çarpılıb. Buna görə nəqliyyatın hərəkəti çətinləşib.
Qəza zamanı ölən və xəsarət alanların olduğu bildirilir.