Sumqayıt Sukanal İdarəsi kanalizasiya sisteminin təkmilləşdirilməsi işlərini həyata keçirib. Bu haqda 23 mart tarixində Sumqayıt24 idarəyə istinadən məlumat verir.
İşlər “Stansiya Sumqayıt” yaşayış massivi ərazisində aparılıb. Ərazinin bir hissəsində yeni kanalizasiya quyuları və xətlər çəkilib.