Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru qəbul keçirib. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
Görüşdə STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Direktor Elnur Azadxanov 27 vətəndaşın müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlərinə baxıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb.
Qalan müraciətlərin araşdırılması və baxılması məqsədilə struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.