Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaşları qəbul edib. Sumqayıt24 bu haqda 30 mart tarixində xəbər verir.
Görüşə mərkəzin aidiyyəti struktur bölmələrinin rəhbərləri də qatılıblar. Burada 30 vətəndaşın müayinə, müalicə, işlə təmin olunma və digər mövzularda müraciətləri dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb.
Digər müraciətlərin həlli ilə bağlı struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.