Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru qəbul keçirib. Sumqayıt24 bu haqda 14 iyun tarixində xəbər verir.
Görüşdə 30 vətəndaş və STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Sakinlərin müayinə, müalicə, işlə təmin olunma və digər mövzularda müraciətləri dinlənilib, bir qismi həll olunub.
Qalan müraciətlərin araşdırılması və baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.