Sumqayıt Tibb Mərkəzi (STM) 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir.