Sumqayıt Texnologiyalar Parkının törəmə şirkətinin nizamnamə kapitalı artırılıb. Bu haqda 8 aprel tarixində Sumqayıt24 Banker.az-a istinadən məlumat verir.
“STP Metal Structures” MMC şirkətinin nizamnamə kapitalı 30.3% artırılaraq 826.000 manatdan 1.076.000 manata çatdırılıb.
MMC 2020-ci ildə təsis edilib. Tərkibində 10-dan çox istehsal sahəsi mövcuddur.