H.Z. Tağıyev qəsəbəsində minik avtomobili qəzaya uğrayıb. Bu haqda 16 aprel tarixində Sumqayıt24 Avtosfer.az-a istinadən məlumat verir.
Hadisə aprelin 15-də gecə saatlarında qeydə alınıb. İdarəetmədən çıxan “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq dəmir arakəsməyə çarpılıb.
Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Qəza zamanı sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.