Sumqayıt şəhəri, Sülh küçəsində zəncirvari qəza baş verib. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
“Range Rover” və “Volkswagen” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində hərəkətdə olan mikroavtobus zolaqdan çıxıb.
Qəza zamanı mikroavtobusda olan 2 nəfər yüngül, “Volkswagen”in sürücüsü, 35 yaşlı Namiq Musayev isə ağır xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/12/1703489838_2.mp4"][/video]