Sülh küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 27 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
“Toyota Prius” və “Khazar” markalı avtomobillər toqquşub. Nəticədə yol nişanına daha sonra isə ağaca çarpılan “Prius” yolun kənarına aşıb.
Sürücü Murad İmanov və sərnişin dərhal xəstəxanaya çatdırılıblar. Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.