Sumqayıt–Bakı avtomobil yolunda sərnişin avtobusu yolda qalıb. Bu haqda 12 mart tarixində Sumqayıt24 İctimai TV-yə istinadən məlumat verir.
Hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb. Nasazlıq səbəbindən yolda qalan sərnişinlərinin bir qismi digər avtobuslara minib, qalan sərnişinlər isə yol kənarı ilə piyada hərəkət ediblər.