Sumqayıt–Bakı avtomobil yolunda zəncirvari qəza baş verib. Bu haqda 4 aprel tarixində Sumqayıt24 Yenisabah.az-a istinadən məlumat verir.
Bu gün səhər saatlarında yolun Masazır tərəfindən keçən hissəsində 4 avtomobil toqquşub. Hadisə nəticəsində maşınlara maddi ziyan dəyib.
Qəza səbəbindən yol bir müddət bağlı qalıb və tıxac yaranıb. Hazırda avtomobillərin hərəkəti bərpa olunub.