Sumqayıt–Bakı yolunda uzun tıxac yaranıb. Bu haqda 20 aprel tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Hazırda sıxlıq paytaxt istiqamətində, magistral yolun Xırdalan ərazisindən keçən hissəsində müşahidə olunur.
Ötən gün sözügedən yolda aparılan təmir işlərinin tıxacın yaranmasına səbəb olması haqda məlumat vermişdik.