Sumqayıtda genişmiqyaslı dezinfeksiya aparılıb. Sumqayıt24 bu haqda 18 iyun tarixində xəbər verir.
İşlər bulvarın bütün ərazisini əhatə edib. Dezinfeksiya tədbirləri sakinlərə mane olmamaq üçün gecə saatlarında başlanıb. Burada xüsusi texnika və müasir vasitələrdən istifadə olunub.
Sumqayıt şəhər İcra Hakimiyyəti analoji təmizlik işlərinin digər ərazilərdə də görüləcəyini bildirib.