Sumqayıt–Lənkəran şəhərlərarası marşrutu müsabiqəyə çıxarılıb. Sumqayıt24 bu haqda 6 iyun tarixində xəbər verir.
Sənədlər 4 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) qəbul ediləcək. Əlaqələndirici şəxs: Elsevər Qədimov – (050) 855-53-55/ [email protected].
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. Təkliflərə iyulun 23-də baxılacaq.