Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində ibtidai sinifdən buraxılış tədbiri keçirilib. Sumqayıt24 bu haqda 8 iyun tarixində xəbər verir.
"Dərya yaradan damlalar" adlı tədbir Sumqayıt Muğam Mərkəzində təşkil olunub. Dördüncü sinfi bitirən 194 şagird rəqslər təqdim edib və xor ifaları səsləndirib. Bu illər ərzində şagirdlərin təhsildə, idmanda, incəsənətdə və başqa sahələrdə qazandıqları uğurlar, medallar, fəxri fərmanlar iştirakçılara nümayiş etdirilib.