Sumqayıt tədris ocağının şagirdləri “Kod saatı: rəqəmsal gələcəyə addım – 2023" respublika müsabiqəsində iştirak ediblər. Bu haqda 5 mart tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
4-9-cu sinif şagirdləri üçün təşkil edilən müsabiqədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 3 nəfər şagird qalib olub.
Onlar V.İbrahim adına 35 saylı məktəbin şagirdi Elçin Mohbalıyev, 5 saylı məktəbin şagirdi Banu Mahmudzadə və 11 saylı məktəbin şagirid Emin Şamsudinovdur.
Sonda yarışın qaliblərinə mükafatlar təqdim edilib.