Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb. Bu haqda 26 aprel tarixində Sumqayıt24 DİM-ə istinadən məlumat verir.
İmtahanlarda 100.249 şagird (peşə məktəbləri və hərbi liseylər istisna olmaqla) iştirak edib. Sumqayıt məktəblərinin şagirdləri orta statistik göstəricilərə görə, bölgələr arasında ən yüksək nəticəni (163.22 bal) qazanıblar.
Qeyd edək ki, martın 3-də keçirilən imtahanda 14, martın 10-da keçirilən imtahanda isə 39 nəfər maksimal olan 300 bal toplayıblar.