Sumqayıt sakininin başına iş gəlib. Sumqayıt24 bu haqda 28 may tarixində xəbər verir.
Redaksiyamıza mürəciət edən vətəndaş bildirib ki, çantasını səhvən 47-ci məhəllədə, “Mağara” kafesinin önündəki zibil qutusuna atıb. Çantanın içində isə qızıl-zinət əşyaları və 7 min manat pul olub. Səhvini anlar-anlamaz həmin yerə döndükdə çantadan əsər-əlamət qalmamışdı.
Müşahidə kameralarını açdıqda çantanın naməlum kişi tərəfindən götürüldüyü bilinib. Zərərçəkmiş onun tapılması üçün polisə müraciət edib.
Həmin şəxs və ya onu tanıyanlar (050) 535-41-16 nömrəsi ilə əlaqə saxlaya bilərlər.