“Sumqayıt Santexnik Hissə” ATSC səhmdarlarının ümumi yığıncağı olacaq. Sumqayıt24 bu haqda 29 fevral tarixində Fed.az-a istinadən xəbər verir.
İclas 14 aprel saat 10:00-da Sumqayıt şəhəri, Metallurqlar küçəsi, 25 ünvanında keçiriləcək.
Gündəlikdəki məsələlərə daxildir:
- Cəmiyyətin 2023-cü il ərzində gördüyü işlər və qarşıda duran məsələlər barədə idarə heyətinin illik hesabatı;
- Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı və 2023-cü ilin balansının təsdiq edilməsi.
Qeyd edək ki, yığıncaqda digər məsələlər də müzakirə olunacaq.