Sumqayıt şəhəri 11 nömrəli məktəbin məzunu "Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri" müsabiqəsinin qalibi olub. Sumqayıt24 bu haqda 4 iyun tarixində xəbər verir.
Aida İbrahimova məktəbi qırmızı attestatla bitirib. Şagird olduğu zaman rus dilində olimpiadalara qatılıb. 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Kimya və biologiya fakültəsinin II kurs tələbəsidir.
İxtisas seçimində ilk yerdə ADPU-nu seçdiyinə görə “Gələcəyin müəllimi” təqaüdünü alır. Əlaçı tələbədir. “Bir Könüllü” təşkilatının üzvüdür.