Tibb müəssisələri arasında şəhid ailə üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi (STM) ilk pillədə qərarlaşıb. Bu haqda 19 aprel tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Statistik məlumatlara əsasən, Sumqayıt Tibb Mərkəzi (68 nəfər) birinci, Bakı Baş Səhiyyə Mərkəzi (39 nəfər) ikinci, Xocavənd Rayon Mərkəzi Xəstəxanası (29 nəfər) isə üçüncü yerdədir.
Tibb müəssisələrinə 893 qazi, 748 şəhid ailə üzvü, ümumilikdə isə 1641 nəfər işə qəbul edilib.