Sumqayıt Tibb Mərkəzində (STM) Novruz bayramı münasibətilə tədbir keçirilib. Bu haqda 19 mart tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzin direktoru Elnur Azadxanov kollektivi bayram münasibətilə təbrik edib. O, rəhbərlik etdiyi qurumun qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacağını bildirib, müvafiq müəssisələrin rəhbərlərinə tapşırıqlarını verib.
Qeyd olunub ki, STM-in məsul şəxslərindən ibarət növbətçilik yaradılacaq, hər hansı qüsur yaranarsa, dərhal aradan qaldırılacaq.