Bakı-Sumqayıt yolunda növbəti qəza baş verib. Sumqayıt24 bu haqda 3 iyun tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə dünən qeydə alınıb. “Ford” markalı mikroavtobus bordürə dəyərək aşıb. Nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. İnsanlar arasında xəsarət alan olmayıb. Şahidlərin iddiasına əsasən, qəza yüksək sürət səbəbindən baş verib.
Qeyd edək ki, mikroavtobus yol polisi və yaxınlıqdakı insanların köməyi ilə qaldırılıb.