Sumqayıtda vətəndaş xilas edilib. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Dünən axşam 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz qalıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Əraziyə cəlb olunan xilasetmə qüvvələri vətəndaşa yardım göstəriblər.