Sumqayıt Tibb Mərkəzi (STM) statistika açıqlayıb. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Yanvar-may aylarında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. 2023-cü ilin müvafiq dövrü (1,817,629) ilə müqayisədə xidmət sayı təxminən 30% artıb.
Qeyd edək ki, ötən il ərzində insanlar ümumilikdə 4 milyon 600 minə yaxın xidmətdən yararlanıblar.