İyulun 2-nə olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 1 iyul tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Sumqayıtda havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində fasilələrlə yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 20-23°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 40-45% təşkil edəcək.